RU

Noutbuk və stolüstü kompüter istehsalının həcmi artıb

Yazını böyüt
Yazını kiçilt

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 1 430 ədəd noutbuk istehsal edilib.

Bu barədə hafta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 424 ədəd və ya 42,1% çoxdur.

Bundan başqa, bu ilin ilk 7 ayında Azərbaycanda 2 144 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 1 168 ədəd, yaxud da 2,2 dəfə çoxdur.

Qeyd edək ki, kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-iyul aylarında 155,6 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 12,2%, kompüter, elektron və optik məhsulların istehsalı isə 20% azalıb.

Избранный
6
1
hafta.az

2Источники