RU

İranda müəmmalı yanğın və partlayışlar nəyə işarədir? – Əhali narahatdır

İran və İsrail arasında 12 günlük müharibədən iki ay sonra İranda şübhəli yanğın və partlayışların sayı əhəmiyyətli dərəcədə artıb.

Bizim.Media xəbər verir ki, bu barrədə Fransanın “Le Monde” qəzeti yazıb.
 

Son hadisələrdən biri Tehrandakı neft anbarında baş verən güclü yanğındır və səbəbi hələ məlum deyil. Rəsmi dairələr bu hadisələrin xarici əməliyyatlarla əlaqəli olmadığını bildirir, amma bir hissə ictimaiyyət İsrail müdaxiləsini ehtimal edir.


Siyasi və hərbi dairələrə yaxın bəzi fəallar bildirir ki, müharibə tam dayanmayıb, sui-qəsdlər və məhdud hücumlar davam edir, lakin hökumət bu barədə məlumatın yayılmasına mane olur.

Nəşrin məlumatına görə, sorğular göstərir ki, Tehran vətəndaşlarının yarısından çoxu müharibənin təkrarlanacağından narahatdır. 50 faiz inflyasiya, su və elektrik kəsintiləri və istehsalın azalması iqtisadi böhranı dərinləşdirərək bu narahatlığı artırıb.

Bizim.Media

Избранный
12
1
bizim.media

2Источники