RU

Türk Dövlətləri Təşkilatında yeni mərhələ – Tənzilə Rüstəmxanlı Prezidentin Aşqabad səfərini şərh edir

Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır: “Bu formatı Prezident İlham Əliyev müəyyən edib. Bu format çərçivəsində həm üçtərəfli, həm də dördtərəfli, bir sözlə çoxtərəfli münasibətlərimiz dinamik şəkildə inkişaf edir.

Qonşu ölkələrlə münasibət Azərbaycan üçün böyük siyasi məna, əhəmiyyət kəsb edir. Məsələyə bu konteksdə yanaşdıqda, Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri və səfərin nəticələri xüsusi maraq doğurur.

Ümumiyyətlə, son illərdə Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və dərin düşünülmüş xarici siyasət nəticəsində Azərbaycan-Türkmənistan əlaqələri mütəmadi olaraq daha da möhkəmlənir, ortaq tarixi və mədəni köklər üzərində yeni əməkdaşlıq formatları yaranır.

Bir məqamı qeyd etmək lazımdır ki, Türkmənistan Saparmurad Niyazovun hakimiyyəti dönəmində Azərbaycana yönəlik bəzi addımları ilə qarşılıqlı münasibətlərdə müəyyən problemlərin yaranmasına səbəb olmuşdu. 2008-ci ildə Türkmənistan lideri Qurbanqulu Berdıməhəmmədovun Bakıya, ardınca Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabada səfərindən sonra Azərbaycanla Türkmənistan arasında münasibətlər əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri hörmətli Qurbanqulu Berdiməhəmmədovun son görüşü də iki qardaş ölkə arasında strateji tərəfdaşlığın və qarşılıqlı etimada əsaslanan münasibətlərin növbəti təzahürüdür.

Bu səfər, eyni zamanda Türk dünyasında həmrəyliyin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin nümunəvi modelinə çevrilən Azərbaycan-Türkmənistan əlaqələrinin gələcəyinin nə qədər parlaq olduğunu bir daha sübut etdi.

Türkmənistan 1995-ci ildən BMT tərəfindən tanınmış daimi bitərəf statusunu qoruyur. Bu mövqeyin davamlılığı ölkəni hərbi bloklardan kənarda saxlayır. Türkmənistanın “bitərəf” mövqeyi şəraitində Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafı xüsusi əmək və peşəkar siyasət tələb edir.

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri bir daha göstərir ki, ölkəmiz Aşqabadla əməkdaşlığı daha da dərinləşdirmək üçün ardıcıl addımlar atır və hazırkı reallıqlar göstərir ki, Türk Dövlətləri Təşkilatı və regionun bütöv inteqrasiya prosesləri üçün Türkmənistanın mövqeyinə yenidən baxması faydalı ola bilər.

Prezident İlham Əliyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında səsləndirdiyi “Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəli gedəcək” mesajı da bi fikri qüvvətləndirir.

Bildiyimiz kimi, Azərbaycanın Özbəkistan və Qazaxıstanla, eləcə də Azərbaycan–Türkiyə–Özbəkistan arasında üçtərəfli siyasi-diplomatik formatlar mövcuddur. Prezidentin son səfərinin nəticəsi olaraq biz yeni bir əməkdaşlıq formatının – Azərbaycan–Türkmənistan–Özbəkistan üçtərəfli platformasının şahidi olduq. Ümumilikdə Türkmənistanla sıx əməkdaşlıq həm ikitərəfli iqtisadi maraqlara xidmət edir, həm də Türk Dövlətləri Təşkilatının güclənməsinə, Orta Asiyanın Qafqaza daha sıx inteqrasiyasına.

Eyni zamanda Zəngəzur dəhlizinin Qafqazlara daha böyük faydalı olmasında Türkmənistan faktorunun rolu böyük olacaq. Azərbaycanın xarici siyasət kursunda Türk dövlətləri ilə, o cümlədən Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq prioritet istiqamətlərdən biridir. Türk dünyası ilə əməkdaşlığın dərinləşməsi, münasibətlərin arzulanan səviyyəyə çatdırılmasında və ölkələrin yaxınlaşmasında Prezident İlham Əliyevin misilsiz xidmətləri var və Aşqabadda keçirilən üçtərəfli sammit də bunun tərkib hissəsidir.

Избранный
19
2
moderator.az

3Источники