RU

XİN: "Zelenski ərazi məsələsini müzakirə etməyə hazırdır"

"Ukrayna Prezidenti Volodimir Zelenski ərazi məsələsini müzakirə etməyə hazırdır, lakin bu, yalnız Rusiya lideri Vladimir Putinlə görüşdə mümkündür". 

"Cebheinfo.az" xəbər verir ki, bunu "NBC News"a müsahibəsində Ukrayna xarici işlər nazirinin birinci müavini Serhiy Kislitsiya deyib.

"Ərazi məsələləri haqqında danışarkən, düşünürəm ki, prezident Zelenski prezident Putinlə oturub onları müzakirə etməyə hazır olduğunu açıq şəkildə bildirdi və ərazi məsələsi ilə bağlı danışıqların başlanğıcı hazırda orada olan təmas xəttidir", - o vurğulayıb.

Diplomat həmçinin əlavə edib ki, Zelenski ərazilərlə bağlı məsələdə həm Ukraynanın mövcud qanunvericiliyini, həm də ictimai rəyi rəhbər tutur:

"Ukrayna cəmiyyəti ərazilərimizin sülhlə dəyişdirilməsinin qəti əleyhinədir".

Sülh danışıqlarına gəlincə, XİN rəsmisi deyib ki, onun fikrincə, proses dalana dirənməyib və irəliləyir:

"Təəssüf ki, istədiyimiz qədər tez deyil. Amma düşünürəm ki, ötən bazar ertəsi və Ağ Evdəki görüş son bir neçə ayın son dərəcə mühüm hadisələri idi. Bu, prezident Trampın həlledici rol oynadığı mühüm nailiyyət idi".

"Cebheinfo.az" 

Избранный
82
4
cebheinfo.az

10Источники