Tərtərdə yol qəzası olub, üç nəfər xəsarət alıb.
Leqal.info xəbər verir ki, Borsunlu-Hindarx yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınan qəzada "BMW" və "Hyundai" toqquşub.
Nəticədə Tərtər rayon sakinləri 1998-ci il təvəllüdlü Əsgərzadə Vaqif Yalçın oğlu, 2004-cü il təvəllüdlü İsayev Elgiz Çingiz oğlu və 1962-ci il təvəllüdlü İsmayılov İlqar İsmayıl oğlu xəsarət alıb.
Yaralılar Tərtər Rayon mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта