Tərtərdə iki minik avtomobili toqquşub, nəticədə 3 nəfər xəsarət alıb.
Teleqraf-ın məlumatına görə, hadisə Hindarx-Borsunlu avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “Hundai” markalı avtomobil qarşıdan gələn “BMW” markalı avtomobillə toqquşub. Üç nəfər Tərtər rayon sakini - 1998-cil il təvəllüdlü Əsgərzadə Vaqif Yalçın oğlu, 2004-cü il təvəllüdlü İsayev Elgiz Çingiz oğlu və 1962-ci il təvəllüdlü İsmayılov İlqar İsmayıl oğlu müxtəlif dərəcəli xəsarət alıblar.
Onlar Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.