RU

Bundesliqa klubu "Tottenhem"in futbolçusunu icarəyə götürməyə hazırlaşır

Almaniya Bundesliqası təmsilçisi "Hamburq" İngiltərənin "Tottenhem" klubunun müdafiəçisi Luka Vuskoviçi icarəyə götürməyə hazırlaşır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 18 yaşlı futbolçu ilə bağlı razılaşma əldə ediblər.

Xorvatiyalı oyunçu ötən mövsüm Belçikanın "Vesterlo" klubunda icarə əsasında oynayıb. O, 38 matçda 7 qol vurub, 3 məhsuldar ötürmə edib.

Luka Vuskoviçin "Tottenhem"lə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Избранный
13
report.az

1Источники