RU

“Nottingem Forest”də baş məşqçi dəyişikliyi gündəmdə - Mourinyo və Postekoqlu namizəddir

İngiltərənin “Nottingem Forest” klubunda baş məşqçi dəyişikliyi gözlənilir.

90deqiqe.Az-ın "The Sun"a istinadən məlumatına görə, "meşəlilər"in hazırkı çalışdırıcısı Nunu Eşpiritu Santu rəhbərliklə yaşadığı fikir ayrılığı səbəbindən vəzifəsini itirə bilər. 

Mənbənin bildirdiyinə görə, portuqaliyalı mütəxəssis klubun futbol departamentinin rəhbəri Edu ilə ziddiyyət yaşayıb. Eyni zamanda Eşpiritu Santu klub sahibi Evangelos Marinakis ilə münasibətlərinin də əvvəlki kimi olmadığını və bu əlaqələrin mənfi istiqamətdə dəyişdiyini bəyan edib.

Mümkün istefa fonunda klub rəhbərliyi yeni baş məşqçi axtarışındadır. Namizədlər arasında iki tanınmış məşqçinin – hazırda “Fənərbağça”nı çalışdıran Joze Mourinyo və əvvəllər “Tottenhem”in sükanı arxasında olmuş Ancelos Postekoqlunun adları keçir. Bildirilir ki, Postekoqlu Premyer Liqaya qayıtmaqda maraqlıdır.

Избранный
54
90deqiqe.az

1Источники