RU

Azərbaycan 7 ayda təxminən 100 milyon dollarlıq azot gübrəsi ixrac edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 100 milyon 234,41 min ABŞ dolları dəyərində 338 min 658,17 ton azot gübrəsi ixrac edilib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 61,3 %, həcmi isə 10 % artıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında azot gübrəsinin payı 5,38 % təşkil edir.

İyulda isə ölkədən 7 milyon 868,82 min ABŞ dolları məbləğində 21 min 802,56 ton azot gübrəsi ixrac edilib ki, bu da keçən ilin analoji ayına nisbətən müvafiq olaraq 17,12 % və 42 % azdır.

Bu ilin 7 ayında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25 % çoxdur. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.

Избранный
4
2
report.az

3Источники