İngiltərə Premyer Liqasında II turun növbəti oyunu çərçivəsində "Tottenhem" səfərdə "Mançester Siti"yə qalib gəlib.
"Report" xəbər verir ki, qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.
Londonluların heyətində Brennan Conson (35) və Joau Palinya (45) fərqləniblər.
Qeyd edək ki, bu qələbə sayəsində "Tottenhem" xallarının sayını 6-ya çatdırıb.