RU

Ölkəmizin türk dövlətləri ilə münasibətləri özünəməxsusluğu ilə fərlqənir — Deputat

"Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Son illərin siyasi mənzərəsindən də görünürki, respublikamızın Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətləri özünəməxsusluğu ilə fərqlənməklə, yanaşı daha da genişlənib, yeni istiqamətləri əhatə edib".

Bunu Demokrat.az-a açıqlamasında deputat Müşfiq Cəfərov deyib. O bildirib ki, Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə dünən Türkmənistana işgüzar səfəri də Azərbaycanın türk dövlətləri ilə münasibətlərinin daha da inkişafına və genişlənməsinə verdiyi xüsusi önəm verilməsindən xəbər verir:

"Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə də Türkmənistanla münasibətləri təkcə coğrafi yaxınlıq və tarixi bağlarla izah olunmamalıdır, bu əlaqələr dərin strateji, iqtisadi, enerji maraqlara hesablanır. Türkmənistanla münasibətlər isə bu çərçivədə xüsusi yer tutur. Çünki bu əlaqələr həm Azərbaycan üçün mühüm geosiyasi açılım yaradır, həm də dövlətimizin bölgədə güc balansında mövqeyini möhkəmləndirir.

Liderlərin bu görüş zamanı regionda yeni əməkdaşlıq modellərinin formalaşmasına və türk dövlətləri arasında inteqrasiyanın daha möhkəm zəmində qurulması barədə müzakirələr aparılıb.
Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində də əməkdaşlıq əlaqələri  inkişaf edir. Türkmənistanın zəngin enerji resurslarının Qərbə çıxışı üçün Azərbaycan mühüm tranzit ölkəyə çevrilib. Azərbaycan Türkmənistan üçün etibarlı və şaxələndirilmiş marşrut təklif edir. Bu, Türkmənistan üçün təkcə iqtisadi fayda deyil, həm də geosiyasi alternativ anlamına gəlir. Türkmənistan üçün Qərbə çıxış imkanları məhduddur, dövlətimiz bu məhdudiyyətləri qırmaqda körpü rolunu oynayır".

Deputat bildirib ki,  Azərbaycanla Türkmənistan arasında münasibətlər xüsusən enerji və nəqliyyat sahələrində son illərdə daha da inkişaf edib:


"Türkmənistan özünün karbohidrogen ehtiyatlarını həm də Azərbaycanın enerji dəhlizləri vasitəsilə ixrac edir. 2021-ci ilin yanvar ayında Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma 

Memorandumunun imzalanması isə iki dövlət arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirdi. Dəniz sərhədində yerləşən bu yataq Azərbaycanı və Türkmənistanı bir-birinə daha da yaxınlaşdırıb, dostlaşdırıb və qardaşlaşdırıb. İlk dəfə olaraq enerji yatağının iki dövlət tərəfindən birlikdə istismarı həm də Xəzər dənizində yeni əməkdaşlıq formatının yaradılması deməkdir".

Cavidan Mirzəzadə
Demokrat.az
Избранный
20
demokrat.az

1Источники