RU

Azərbaycanın bu məhsulun satışından qazancı ARTDI

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 59 milyon 790,65 min ABŞ dolları dəyərində 245 min 938,15 ton metanol (metil spirti) ixrac edilib.

Publika.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 9,6 % artıb, həcmi isə 10,1 %azalıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında metil spirtinin payı 3,21 % təşkil edir.

İyulda isə ölkədən 6 milyon 485,96 min ABŞ dolları məbləğində 38 min 390,04 ton metil spirti ixrac edilib ki, bu da keçən ilin analoji ayına nisbətən müvafiq olaraq 25,4 % və 9,2 %azdır.

Избранный
25
4
publika.az

5Источники