RU

Yasamalda 37 yaşlı qadın qətlə yetirildi, cinayət işi açıldı - Yenilənib

Bu gün səhər saat 09 radələrində paytaxtın Yasamal rayonu ərazisində 45 yaşlı İradə Muradova münaqişə zəminində qətlə yetirilib.

“Qafqazinfo”nun məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Emil Ağacanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqustun 23-də paytaxtın Yasamal rayonu ərazisində 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emin Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli  şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Избранный
36
41
qafqazinfo.az

10Источники