RU

Sərnişinin pilot kabinəsinə girmək cəhdindən sonra təyyarə aeroporta geri dönüb

Fransadan Portuqaliyaya uçan “Easyjet” şirkətinə məxsus təyyarənin pilot kabinəsinə girməyə cəhd edən sərnişin təyyarəni Lion hava limanına qayıtmağa məcbur edib.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Fransa polisi və “Easyjet” şirkəti məlumat yayıb.

Həmin şəxs digər sərnişinlər tərəfindən ram edilib və təyyarə yenidən yerə enənə qədər saxlanılıb.

Polisdən 26 yaşlı Portuqaliya vətəndaşının tibbi müayinədən keçdiyi və onun aerofob (təyyarə ilə uçmaqdan qorxan – red.) olduğunun müəyyənləşdiyi bildirilib. O, Fransada xəstəxanaya yerləşdirilib.

Избранный
6
2
avtosfer.az

3Источники