Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının tamamilə çıxarılması tələbi ilə etiraz aksiyası keçirilir.
“İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, hərbi baza yaxınlığında keçirilən aksiyanı “Respublika naminə” Partiyası və onun tərəfdarları təşkil edib.
Etirazçılar Ermənistan hökumətindən Rusiya hərbi bazasının ölkə ərazisindən tamamilə çıxarılmasını tələb edirlər.