Qadın yaşadığı evdə qətlə yetirilib.
Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət səhər saatlarında paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti, 546-cı məhəllədə baş verib. Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, çoxmərtəbəli binanın 12-ci mərtəbəsində yaşayan qadın naməlum şəraitdə öldürülüb.
Dərhal əməliyyat qrupu hadisə yerinə gəlib, meyitə və evə baxış keçirilib. İş üçün zərüri olan dəlillər götürülüb.
İlkin ifadəsində Emil Ağacanov bildirib ki, qadını münaqişə zəmnində öldürüb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Emil Ağacanovla İradə Muradova illərdir qeyri-rəsmi ər-arvad münasibətində yaşayıblar.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.