RU

Misli Premyer Liqası: "Karvan" "Kəpəz"ə qalib gəlib

Bakı, 23 avqust, AZƏRTAC

Misli Premyer Liqasında ikinci turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Karvan" "Kəpəz"lə qarşılaşıb.

Görüş Yevlax təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "İmişli" "Neftçi" ilə qolsuz heç-heçə edib. "Sumqayıt" isə səfərdə "Qarabağ"ı (1:0) üstələyib. Digər matçlar avqustun 24 və 25-də təşkil olunacaq.

Избранный
8
4
azertag.az

5Источники