RU

Böyük Britaniyada dördgünlük iş həftəsi populyarlığını artırır

Bakı. Trend:

Böyük Britaniyada dördgünlük iş həftəsini seçənlərin sayı2019-cu ildən bəri 200 mindən çox artıb.

Trend “Guardian”aistinadla xəbər verir ki, Milli Statistika İdarəsinin (ONS)məlumatına görə, 2024-cü ilin oktyabr-dekabr ayları arasında ölkədə1,4 milyon nəfər tam ştatla dördgünlük iş həftəsində çalışıb. Bugöstərici pandemiyadan əvvəl, 2019-cu ilin eyni dövründəki 1,29milyon nəfərlə müqayisədə 100 min nəfər çoxdur.

Həmçinin, ötən ilin sonunda əlavə olaraq 100 min nəfər qismənştatla dördgünlük iş rejiminə keçib. Beləliklə, tam və qismən ştatüzrə dördgünlük iş rejimində çalışanların ümumi sayı 2,7 milyonnəfərə çatıb ki, bu da ölkə üzrə işçi qüvvəsinin 10,9 faizinitəşkil edir. 2019-cu ildə bu göstərici 9,8 faiz olub.

Mütəxəssislər hesab edir ki, dördgünlük iş rejimi işçilərə dahaçox istirahət imkanı verir, psixoloji sağlamlığı qoruyur və işyerlərində motivasiyanı artıraraq kadrların saxlanmasına müsbəttəsir göstərir.

Избранный
48
18
az.trend.az

10Источники