Bakı. Trend:
Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı sonayaxınlaşır.
Trend xəbər verirki, yarışın yeddinci günündə daha 2 yunan-Roma güləşçimiz fəxrikürsüyə qalxıb.
Turan Daşdəmirov (55 kq) finalda iranlı Payam Balutakiylə gərginmübarizə şəraitində keçən görüşdə 3:5 hesabıyla məğlub olub vəgümüş medalı boynundan asıb.
Fəraim Mustafayev (67 kq) isə yaponiyalı Takaku Suzukiyə 5:4hesabıyla qalib gələrək dünya üçüncüsü olub.
Seymur Qasımov (72 kq) təsəlliverici görüşdə qazaxıstanlı YussufAşrapova “tuş”la uduzub.
Beləliklə, dünya çempionatında medallarımızın sayı 8-ə çatıb.Daha öncə Ayxan Cavadov (60 kq) qızıl, Ruzanna Məmmədova (62 kq)gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), NurlanAğazadə (70 kq) və Yusif Dursunov (125 kq) isə bürünc medalqazanıb.