RU

De Brüynedən qol, "Napoli"dən qələbə

style='margin-bottom:10px;'>

İtaliya A seriyasının 1-ci turunda keçirilən “Sassuolo” – “Napoli” oyunu başa çatıb. 

QOL.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürüb.

Görüş "Napoli"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

17-ci dəqiqədə şotlandiyalı yarımmüdafiəçi Skott Maktominay hesabı açıb. 57-ci dəqiqədə komandanın belçikalı yeni transferi Kevin De Bruyne fərqi artırıb. 79-cu dəqiqədən etibarən meydan sahibləri azlıqda qalıb. İsmayıl Kone qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Qeyd edək ki, növbəti turda “Napoli” “Kalyari”, “Sassuolo” isə “Kremoneze” ilə üz-üzə gələcək.

Избранный
11
2
teleqraf.com

3Источники