RU

Türkiyənin iki vilayətində meşə yanğını başladı

Türkiyənin Dənizli və Malatya vilayətlərində meşə yanğınları başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Dənizli vilayətinin Pamukkale rayonunda meşəlik ərazidə naməlum səbəbdən baş verən yanğın küləyin təsiri ilə sürətlə yayılıb. Hazırda hadisə yerinə 3 təyyarə, 11 helikopter, 50 su maşını və canlı qüvvə göndərilib.

Malatya vilayətinin Doğanyol rayonunda da naməlum səbəbdən meşə yanğını başlayıb. Hadisə nəticəsində meşəlik ərazidə olan bir ev yanıb. Əraziyə yanğınsöndürənlər cəlb olunub.

Hazırda hər iki ərazidə olan yanğına havadan və qurudan müdaxilə edilərək söndürülməsinə çalışılır.

Избранный
38
2
axar.az

3Источники