RU

Kanadada 400 dəvəquşu ilə bağlı ÖLÜM HÖKMÜ VERİLDİ

Kanadanın Federal Apellyasiya Məhkəməsi Britaniya Kolumbiyasında fermada quş qripinin yayılma təhlükəsi səbəbindən 400 dəvəquşunun məhv edilməsi barədə qərarı qüvvədə saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə "The Boston Globe" məlumat yayıb.

Bildirilib ki, "Universal Ostrich Farms" sahibləri Karen Espersen və Dave Bilinski fermaya quş xəstəliyi diaqnozu qoyulduğu 2024-cü ilin dekabr ayından bəri qərara uğursuz şəkildə etiraz edirlər.

Hadisə 36 gün ərzində 69 dəvəquşu və ya ümumi əhalinin təxminən 15%-nin ölümü ilə başlayıb. Ölən quşlardan ikisi üzərində aparılan laboratoriya testləri quş qripinin yüksək patogenli ştamının olduğunu təsdiqləyib.

"Federal apellyasiya məhkəməsi keçən ilki hökmü qüvvədə saxladı və "Universal Ostrich Farms"ın iddiasını rədd etdi", - məlumatda deyilir.

Избранный
50
2
publika.az

3Источники