RU

"Apple" 2026-cı ilin yazında "Face ID" və M4 prosessorlu "iPad Air" təqdim edəcək

"Apple" gələn ilin yazında M4 prosessorla təchiz edilmiş yeni "iPad Air" modelini və ilk dəfə olaraq bu seriyaya "Face ID" üz tanıma sistemini əlavə edəcək.

“İki sahil”in "Bloomberg"ə istinadən məlumatına görə, indiyədək "Face ID" yalnız "iPad Pro" modellərinə xas idi. Şirkət "iPad Air"i onlardan fərqləndirmək üçün bu funksiyanı qəsdən təqdim etmirdi. Son illərdə planşet seriyasına əsasən çip yenilikləri, "Center Stage" funksiyalı kamera və 13 düymlük versiya əlavə olunmuşdu.

Analitiklər hesab edirlər ki, "iPad Pro" artıq kifayət qədər üstünlüklərə malikdir – nazik dizayn, 120 Hz-lik OLED ekran, nanoteksturalı örtük və "Magic Keyboard" dəstəyi. Buna görə də, "iPad Air"ə "Face ID"nin gətirilməsi modellər arasında daxili rəqabət yaratmayacaq.

Mütəxəssislərin fikrincə, yeni nəsil "iPad Air" həm əsas "iPad", həm də flaqman "iPad Pro" arasında orta seqmentdə mövqeyini möhkəmləndirəcək və 2020-ci ildən bəri böyük dəyişiklik görməyən bu cihaza marağı artıracaq.

Избранный
20
2
ikisahil.az

3Источники