RU

Rusiyada hava məkanı  bağlandı - Gəncə Sankt-Peterburq, Gəncə -Moskva reysi dayandı

Gəncədən Sankt-Peterburq şəhərinə saat 16-40 da  uçacaq AZAL-a məxsus təyyarə reysi təxirə salınıb.
 
Moderator.az xəbər verir ki, sərnişinlərin bir çoxu Gəncə Beynalxalq Hava Limanında qalıb. Bundan başqa Gəncədən Moskavaya uçacaq saat 03-05 də uçacaq təyyarə təxirə salınıb. İlkin məlumata görə, buna səbəb Rusiyada hava məkanının bağlanmasıdır. Gəncə Santk - Peterburq reysinin nə zaman reallaşacağı ilə bağlı dəqiq xəbər yoxdur. Gəncə - Moskva reysinin isə sabah 08-10 radələrində uçması gözlənilir. 
 
Məlumat üçün bildirək ki, Gəncədən Sankt - Peterburqa təxminən 149, Gəncə-Moskva reysindən isə 156 sərnişin uçmalıdır
Избранный
62
6
moderator.az

2Источники