RU

Ermənilərin yüzlərlə yük maşını GERİ QAYTARILDI

Kənd təsərrüfatı məhsulları daşıyan yüzlərlə erməni yük maşını Gürcüstan üzərindən Rusiyaya gedərkən geri qaytarılır.

Publika.az xəbər verir ki, bu barədə müxalifətçi “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan "Facebook" səhifəsində məlumat verib.

Onun sözlərinə görə, gavalı, şaftalı və üzüm yüklü maşınlar Gürcüstan-Rusiya sərhədində yerləşən “Verxniy Lars” keçid məntəqəsindən geri döndərilib.

“Daşıyıcılar bildirirlər ki, onlara dəqiq izah verilmir, fitosanitar problemlərlə bağlı olduğu deyilir”, – deyə Danielyan qeyd edib.

Deputat vurğulayıb ki, bu vəziyyət kənd təsərrüfatı istehsalçılarına ciddi zərər vurur. Onun sözlərinə görə, tikinti materialları kimi digər mallar daşıyan furalar da Rusiyaya girişdə sərt yoxlamalar səbəbindən çətinliklərlə üzləşir.

Избранный
40
5
publika.az

7Источники