ABŞ-ın Havay adalarında yerləşən Kilauea vulkanı yenidən fəallaşıb.
APA xəbər verir ki, püskürmə zamanı lava 100 metr yüksəyə qalxıb. Püskürmə insan həyatı və fəaliyyəti üçün təhlükə yaratmayıb.
Kilauea dünyada ən aktiv vulkan hesab edilir. 2024-cü ilin dekabrından indiyədək 34 püskürmə qeydə alınıb.