RU

Bu şəhərimizdən Sankt-Peterburq və Moskvaya aviareyslər təxirə salındı

Gəncə Beynəlxalq Hava Limanından Sankt-Peterburq və Moskvaya nəzərdə tutulan uçuşlar təxirə salınıb.

Milli.Az-ın məlumatına görə, Gəncədən Sankt-Peterburqa saat 16:40-da baş tutmalı olan reys qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Moskvaya saat 03:05-də həyata keçirilməsi planlaşdırılan uçuş isə səhər saat 08:00-10:00 aralığında icra ediləcək.

İlkin məlumata əsasən, reyslərin təxirə salınmasına Rusiyanın hava məkanının bağlanması səbəb olub.

Bildirilib ki, Sankt-Peterburqa uçmaq üçün 149, Moskvaya isə 156 sərnişin bilet alıb.

Milli.Az

Избранный
11
2
milli.az

3Источники