RU

Premyer Liqa: “Şamaxı” “Sabah”a, “Turan” “Araz”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.

Öncə “Şamaxı” doğma meydanda “Sabah”la münasibətlərinə aydınlıq gətirəcək. Şamaxı şəhər stadionunda keçiriləcək görüşü Rəşad Əhmədov idarə edəcək.

Günün digər oyunu “Turan Tovuz”la “Araz-Naxçıvan” arasında baş tutacaq. Bakıdakı “Azersun Arena”da keçiriləcək oyunun baş hakimi Tural Qurbanov olacaq.

Premyer Liqa
2-ci tur

22 avqust

“İmişli” – “Neftçi” 0:0
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu, 17:00.

“Qarabağ” – “Sumqayıt” 0:1
Qol: Ronaldo Vaskes, 72.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azersun Arena”, 19:30.

23 avqust

“Kəpəz” – “Karvan” 2:3
Qollar: Məqsəd İsayev, 77. Vitor Feyjao, 90+6-pen – Coy Slayd Mikels, 38-pen. Qavi Tompson, 52. Kayl Spens, 89.
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu, 19:00.

24 avqust

“Şamaxı” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu, 17:00.

“Turan Tovuz ” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Azersun Arena”, 19:30.

25 avqust

“Qəbələ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu, 19:00.

Избранный
33
4
arena.az

6Источники