RU

Yəməndə daşqınlar nəticəsində ölənlərin sayı artır

BAKI, 24 avqust. TELEQRAF

Yəmənin 4 vilayətində baş verən güclü sel fəlakəti nəticəsində ölənlərin sayı artıb.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, həyatını itirənlərin sayı 7-yə çatıb, onlardan 5-i uşaqlardır.

Məlumata görə, Şəbvə, Hadramevt, Lahic və Həccə vilayətlərində yağan leysan yağışları güclü selə səbəb olub.

Lahicin Tuben rayonunda baş verən seldə 1 nəfər həyatını itirib. Təbii fəlakət nəticəsində bir sıra evlər dağılıb.

Ölkənin Meteorologiya və Xəbərdarlıq Mərkəzi qarşıdakı saatlarda da intensiv yağışların davam edəcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Избранный
17
3
teleqraf.com

4Источники