RU

30 şimallı hərbçi Cənubi Koreya ilə sərhədi keçib

Koreya Xalq Ordusunun təxminən 30 hərbçisi 19 avqustda Koreya Respublikası ilə sərhədi keçib, bu səbəbdən Cənubi Koreya tərəfi xəbərdarlıq atəşi açıb.

Redaktor.az xəbər verir ki, bu iddia ilə BMT Komandanlığına istinadən "Yonhap" agentliyi çıxış edib.

"BMT Komandanlığının atəşkəsin təmin edilməsi komissiyası yanında istintaq qrupu Koreya Xalq Ordusunun təxminən 30 hərbçisinin tikinti işləri apardıqları ərazidə hərbi demarkasiya xəttini keçdiyini müəyyən edib", - komandanlığın nümayəndəsi bildirib.

"Koreya Respublikasının Silahlı Qüvvələri onların demarkasiya xəttini keçdikləri barədə məlumatlandırmaq məqsədilə bir neçə xəbərdarlıq yayımlayıb, lakin KXDR hərbçiləri buna reaksiya verməyib", - deyə vurğulayan nümayəndə davam edib: "Koreya Respublikasının Silahlı Qüvvələri Koreya Xalq Ordusunun əsgərlərini xəttin şimalına qayıtmağa məcbur etmək üçün xüsusi təyin edilmiş ərazidə xəbərdarlıq atəşləri açıb".

Избранный
50
2
redaktor.az

10Источники