RU

Çində zəlzələ baş verib

Çinin Sincan-Uyğur Muxtar rayonunda 4,6 maqnitudalı zəlzələ baş verib.

Azreform.info xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ bazar günü yerli vaxtla saat 01:06-da Aksu şəhərindən 146 kilometr, Tumşuk şəhərindən 142 kilometr məsafədə qeydə alınıb.

Zəlzələnin ocağı 7,2 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Избранный
39
8
azreform.info

10Источники