3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Səbail mərhələsi bu gün başa çatacaq. SİA-nın məlumatına görə, Azərbaycan millisi 1/4 finalda Rumıniyanın “Rapid” klubu ilə üz-üzə gələcək.
Qarşılaşma saat 16:25-də başlayacaq.
Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan yığması ötən gün ilk görüşdə Çexiyaya (15:17) uduzsa da, Filippinə qalib gəlib - 21:14.