RU

Lənkəranda 34 yaşlı qadın qətlə yetirildi

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Lənkəranda qadın qətlə yetirilib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.

1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədənin müxtəlif nahiyələrində və boynunda kəsilmiş-deşilmiş yaralarla Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

O, xəstəxanaya daxil olarkən həkiməqədər ölüm faktı qeydə alınıb.

Ə.Lələzadənin qətlində həyat yoldaşı şübhəli bilinir.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
13
unikal.az

10Источники