RU

“Şamaxı” “Sabah”a, “Turan Tovuz” “Araz-Naxçıvan”a qarşı

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

News24.az xəbər verir ki, bu gün 2 oyun baş tutacaq.

“Şamaxı” “Sabah”ı, “Turan Tovuz” isə “Araz-Naxçıvan”ı qəbul edəcək.

Daha öncə “Qarabağ” “Sumqayıt”a (0:1), “Kəpəz” “Karvan”a (2:3) məğlub olubsa, “İmişli” – “Neftçi” matçı qolsuz yekunlaşıb – 0:0. “Qəbələ” – “Zirə” görüşü isə 25 avqustda keçiriləcək.

Azərbaycan Premyer Liqası

2-ci tur

24 avqust

“Şamaxı” – “Sabah”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev.

Şamaxı şəhər stadionu, 17:00.

“Turan Tovuz ” – “Araz-Naxçıvan”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov.

“Azersun Arena”, 19:30.


Избранный
95
5
news24.az

10Источники