RU

Ermənistan Rusiya arasında gərginlik Yüzlərlə TIR geri qaytarıldı

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Ermənistan parlamentinin deputatı Qarnik Danielyan bildirib ki, Gürcüstandan Rusiyaya kənd təsərrüfatı məhsulları aparan yüzlərlə yük maşını geri - Ermənistana qaytarılıb.

Redaktor.az xəbər verir ki, deputat bu barədə sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, gavalı, şaftalı və üzüm yüklənmiş avtomobillər Yuxarı Lars sərhəd-keçid məntəqəsindən geri qaytarılıb.

Danielyan bildirib ki, sürücülərə səbəb kimi "fitosanitar problemlər" göstərilib.

Deputat əlavə edib ki, təkcə kənd təsərrüfatı məhsulları deyil, digər yüklər, xüsusilə də tikinti materialları da ciddi yoxlamalara məruz qalır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
4
redaktor.az

5Источники