RU

34 yaşlı qadın qətlə yetirildi - Şübhəli əridir

Lənkəranda qadın qətlə yetirilib.


Referans xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində baş verib.


1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədənin müxtəlif nahiyələrində və boynunda kəsilmiş-deşilmiş yaralarla Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.


O, xəstəxanaya daxil olarkən həkiməqədər ölüm faktı qeydə alınıb.


APA-nın əldə etdiyi məlumata görə, Ə.Lələzadənin qətlində həyat yoldaşı şübhəli bilinir.


Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Избранный
23
13
referans.az

10Источники