RU

Bolqarıstanda qızıl medal

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatının altıncı günündə Ayxan Cavadov (60 kq) qızıl medal qazanıb.

Güləşçimiz finalda ermənistanlı Yurik Mxitaryanla qarşılaşıb və inamlı qələbə qazanıb – 12:5. Beləliklə, bu yarışda Ayxan ilk dünya çempionumuz olub.

Qeyd edək ki, DÇ-də Azərbaycan idmançılarının medal sayı 6-ya çatıb. Xəbər verdiyimiz kimi, bundan öncə Ruzanna Məmmədova (62 kq) gümüş, Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) bürünc medal qazanıblar.

Qabil YUSİFOĞLUXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
1
xalqqazeti.az

2Источники