Misli Premyer Liqasında 2-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün 2 qarşılaşma baş tutacaq.
“Şamaxı” “Sabah”ı, “Turan Tovuz” isə “Araz-Naxçıvan”ı qəbul edəcək.
Daha öncə “Qarabağ” “Sumqayıt”a (0:1), “Kəpəz” “Karvan”a (2:3) məğlub olubsa, “İmişli” – “Neftçi” matçı qolsuz yekunlaşıb – 0:0. “Qəbələ” – “Zirə” görüşü isə 25 avqustda keçiriləcək.
Misli Premyer Liqası
2-ci tur
24 avqust
“Şamaxı” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev.
Şamaxı şəhər stadionu, 17:00.
“Turan Tovuz ” – “Araz-Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov.
“Azersun Arena”, 19:30.