Demokrat.az xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli cənab Prezident,
24 Avqust – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm.
Azərbaycan-Ukrayna dövlətlərarası əlaqələri xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbətdən, onlar arasında tarixən təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrindən qaynaqlanır.
Hazırda bu möhkəm təməllər üzərində qurulmuş münasibətlər inkişaf edir və yeni məzmunla zənginləşir. Siyasi dialoqumuz, iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığımız ikitərəfli əlaqələrimizi səciyyələndirən başlıca amillərdəndir.
Ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir. Azərbaycan dost Ukrayna xalqına bundan sonra da lazımi humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir.
Əminəm ki, Azərbaycan-Ukrayna dostluq əlaqələrinin və qarşılıqlı fəaliyyətinin xalqlarımızın iradəsinə uyğun olaraq daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
10Источники
-
news24.azPrezident İlham Əliyev Zelenskini təbrik etdi ( 20642400)
-
afn.azİlham Əliyev Zelenskini təbrik etdi ( 20647041)
-
yeniazerbaycan.comPrezident İlham Əliyev Müstəqillik Günü münasibətilə Ukrayna Prezidentini təbrik edib ( 20646816)
-
nuh.azİlham Əliyev Zelenskini təbrik etdi ( 20646597)
-
azvision.azİlham Əliyev Ukrayna Prezidentini təbrik edib ( 20646264)
-
mia.azƏrazi bütövlüyü və suverenlik məsələlərində... İlham Əliyev Zelenskiyə məktub göndərdi ( 20645685)
-
baki-xeber.comPrezident İlham Əliyev Zelenskiyə təbrik məktubu göndərdi ( 20645391)
-
interpress.azPrezident İlham Əliyev Volodimir Zelenskini təbrik edib ( 20644836)
-
azpost.infoPrezident İlham Əliyev Zelenskini təbrik edib ( 20644470)
-
baku.newsİlham Əliyev Zelenskini təbrik etdi ( 20644164)