RU

Azərbaycan millisinin üzvü meydana çıxdı, komandası yenilgidən qurtuldu

Niderland Erediviziyasında 3-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" "Telstar"ın qonağı olub.

Qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Kökçü meydana 46-cı dəqiqədə, komandası 0:2 hesabı ilə geridə olarkən çıxıb.

Hazırda 3 xalı olan "Volendam" turnir cədvəlinin 10-cu pilləsində mövqe tutub.

Nihat

Избранный
5
fanat.az

1Источники