RU

Rumıniyanın dağlıq ərazilərində 4 nəfər ölüb, 35 nəfər xilas edilib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rumıniyanın dağlıq ərazilərində son 24 saat ərzində baş verən hadisələr zamanı azı 4 nəfər həyatını itirib, 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

APA-nın xəbərinə görə, bu barədə Rumıniya Dağ-Xilasetmə Xidməti (Salvamont) məlumat yayıb.

Son sutkada təcili yardım üçün 25 müraciət daxil olub, ümumilikdə 35 nəfər xilas olunub. Onlardan 7 nəfər təcili yardım avtomobilləri ilə xəstəxanalara çatdırılıb, daha 4 nəfər isə helikopterlərlə xəstəxanalara təxliyə edilib. 4 nəfərin isə meyiti tapılıb.

Ölüm hallarının səbəbləri barədə əlavə açıqlama verilməyib.

Ən çox müraciət şimal bölgələrindən gəlib

Müraciətlərin əksəriyyəti ölkənin şimalında yerləşən Kluj və Maramureş bölgələrindən daxil olub. Bundan başqa, Sibiu, Braşov, Alba, Prahova, Nyamts, Suçava, Argeş və Mexedints bölgələrindən də yardım çağırışları qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
3
apa.az

4Источники