RU

ABŞ-də məktəb avtobusu qəzaya uğrayıb: Xeyli sayda yaralı var

ABŞ-nin Pensilvaniya ştatının Pittsburq şəhəri yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ABŞ futbolu üzrə gənclərdən ibarət komandanın azı 21 üzvü xəsarət alıb.

AzEdu.az bu barədə "Associated Press" agentliyinə istinadla məlumat yayıb.

Bildirilib ki, avtobusda Alikippa orta məktəbinin 25 futbolçusu və onları müşayiət edən üç nəfər olub.

Qəza yolun çətin keçilən hissəsində baş verib.

Polis hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmalara başlayıb.

Избранный
6
1
azedu.az

2Источники