RU

Həftənin ilk iş günü hava necə olacaq? - Proqnoz

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.

Избранный
20
49
publika.az

10Источники