24.08.2025-ci il tarixində saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Mərkəzinə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub.
Çağırış əsasında ilkin olaraq 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Əlavə məlumat veriləcək.