RU

“Milan” "Sportinq"in hücumçusu ilə bağlı danışıqlara başlayıb

“Sportinq”in hücumçusu Konrad Harder karyerasını “Milan”da davam etdirməyə yaxındır.

90deqiqe.Az-ın "Football Italia"ya istinadən məlumatına görə, İtaliya klubu danimarkalı futbolçunun transferi üçün danışıqlara başlayıb.

“Rossoneri” 20 yaşlı futbolçu üçün rəsmi təklifini “Sportinq”ə göndərib. Klub Harderi 27 milyon avroya əldə etməyi planlaşdırır.

Qeyd edək ki, əvvəlki məlumatlara görə, portuqaliya klubu oyunçusunu 28 milyon avroya satmaq istəyirdi.

Konrad Harder 2024-cü ilin payızından etibarən “Sportinq”də çıxış edir. Lissabon klubunun heyətində 51 matçda iştirak edən gənc hücumçu 12 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalının qiymətləndirməsinə görə, futbolçunun bazar dəyəri 24 milyon avrodur.

Избранный
43
90deqiqe.az

1Источники