
Canluici Donnarummanın İngiltərə Premyer Liqası nəhəngi “Mançester Siti” ilə şəxsi razılaşmaya gəldiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano məlumat yayıb.
Xatırladaq ki, Fransa çempionu PSJ ilə yeni müqavilə danışıqları uğursuz alındıqdan sonra klub, müqaviləsinin başa çatmasına cəmi bir il qalmış olan 26 yaşlı qapıçını bu yay satmağa qərar verib.
Romanonun məlumatına görə, Donnarumma artıq “Mançester Siti” ilə şəxsi şərtləri razılaşdırıb və Pep Qvardiolanın komandasına qoşulmaq niyyətindədir. Transfer məbləği ilə bağlı “Siti” və PSG arasında danışıqlar davam edir, məbləğin isə ilkin tələb olunan 50 milyon avrodan aşağı olacağı qeyd olunur.