RU

Şirvanda “Konstitusiya işığında suveren yolumuz” adlı sərgi açılıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şirvan, 24 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Konstitusiya işığında suveren yolumuz” adlı sərgi təşkil olunub.

Şirvan-Salyan regional mədəniyyət idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində şəhərin Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında keçirilən sərgidə gənc rəssam Aynur Məmmədzadənin, eləcə də muzeyin rəsm dərnəyi üzvlərinin sulu boya, quaş və vitraj texnikasında işlənmiş əsərləri nümayiş etdirilib. Əl işləri əsasən mənzərə, tematik və portret janrlarını əhatə edib.

Sərgi çərçivəsində “face-art” aksiyası da təşkil olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
31
1
azertag.az

2Источники