ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
İngiltərə Premyer Liqasının 2-ci turunda "Fulhem" "Mançester Yunayted"i qəbul edib.
Oxu.Az xəbər verir ki, Londondakı (İngiltərə) "Kreyven Kottec" stadionundakı matçda qalib müəyyənləşməyib.
Matçın ilk qolu 58-ci dəqiqədə vurulub. Meydan sahiblərinin hücumçusu Rodriqo Muniz topu öz qapısına göndərib. 73-cü dəqiqədə "Fulhem"in yarımmüdafiəçisi Emil Smit-Rou cavab qolunu vurub - 1:1.
Bu oyundan sonra "Mançester Yunayted" ilk xalını qazanıb. "Fulhem" isə xallarını 2-yə çatdırıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.