RU

"Vadji 90 dəqiqə oynamağa da hazır deyil" -Kurban Berdiyev

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 2-ci turu çərçivəsində səfərdə "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib.

Fanat.Az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev jurnalistlərin suallarını cavablandırıb:

"Bərabərsəviyyəli komandaların oyununda həlledici qollar əsas rol oynayır. Standartda və ya bəzi epizodda konsentrasiya itirilir, diqqətsizlik olur. Təəssüf ki, künc zərbəsindən sonra qol buraxdıq. Əlimizə düşən imkanlardan da vura bilmədik".

- Serrano ötən mövsüm komandanın əsas açar futbolçusu idi. Bu mövsüm ilk turda əsas heyətdə meydana buraxmamışdız. O, əsas heyətdə oynamağa nə vaxt hazır olacaq?

- Biz onu, Jo, Filip Ozobiçi, Enrikeni də gözləyirik. İbrahima Vadji 90 dəqiqə oynamağa da hazır deyil. Toplanış keçməyiblər. Ümidvaram ki, növbəti turlarda oynayacaqlar.

- Denis Marandiçinin son durumu nə yerdədir?

- Denis təkrar əməliyyat edilib. Allaha şükür uğurlu alındı. Əsa ilə yeriyir. Yavaş-yavaş ayaq üstünə basa bilir. Qışdan sonra sıralara qoşulacaq. 

- Oyunun sonundakı heyət növbəti turlarda əsas heyət olaraq meydana çıxa bilər?

- Biz onları elə oynamaq üçün dəvət etmişik. Əgər funksional işləm formada olsalar, start heyətində olacaqlar. Ola bilər ki, sistemi dəyişək.
 
- Çempionluğa iddialı "Turan Tovuz"u nə vaxt hazır görə bilərsiz?

- Çempionat yeni başlayıb. Mövsümün sonunda baxacağıq.

- Komandaya yeni oyunçular dəvət olunacaq?

- Axtarırıq. Vaxt azdır.

Избранный
34
6
fanat.az

7Источники