RU

Super Liqa: “Qalatasaray” 4, “Trabzonspor” tək qolla sevindi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 3-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutub.

“Trabzonspor” doğma meydanda “Antalyaspor”u tək qolla üstələyib.

Səfərdə “Kayserispor”la üz-üzə gəlmiş “Qalatasaray” isə rəqibini 4 cavabsız qolla məğlub edib.

3-cü turun daha bir oyunu avqustun 25-də keçiriləcək. Bu turun “Konyaspor” – “Beşiktaş”, “Rizəspor” – “Başakşəhər” və “Samsunspor” – “Kasımpaşa” oyunları təxirə salınıb. Bu, “Beşiktaş”, “Başakşəhər” və “Samsunspor”un avrokubok oyunları ilə əlaqədardır.

Türkiyə, Super Liqa
3-cü tur

22 avqust

Karagümrük – Göztəpə 0:2
Qollar: Olaitan, 40. Janderson, 65.

23 avqust

Fənərbağça – Kocaelispor 3:1
Qollar: Şkrinyar, 5. Braun, 51. Talişka, 66 – Petkoviç, 22.

Qaziantep – Gənclərbirliyi 2:1
Qollar: Soresku, 44. Maksim, 90+5-pen – Zuzek, 8.

24 avqust

Trabzonspor – Antalyaspor 1:0
Qol: Saviç, 38.

Kayserispor – Qalatasaray 0:4
Qollar: E.Elmalı, 36; 46. Osimhen, 86. Sane, 90+3.

25 avqust

20:00. Eyüpspor – Alanyaspor

Избранный
27
1
arena.az

3Источники